Ferrari Portofino modeli yenilənib FOTO


Digərləri 29 Sen 2020 21:01:00 153 0

Ferrari Portofino modeli yenilənib  FOTO

Ferrari şirkəti Portofino modelinin yenilənmiş versiyasını təqdim edib. Portofino M adlandırılmış kabriolet yenilənmiş eksteryer və interyer dizaynına, gücü artırılmış mühərrikə və göründüyü kimi, M indeksinə sahib olub.

Kabrioletin adına əlav edilmiş M hərfi, Modificata (italyancadan tərcümədə "yenilənmiş") kəlməsinə işarə edir. Adətən, italyan istehsalçısı, avtomobilin  xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran təkamül xarakterli dəyişikliklərə məruz qalan modelləri belə indekslə işarələyir.

Son.az autograph.az-a istinadən bildirir ki, Portofino modelində baş verən əsas texniki yenilənmə gücü 620 at qüvvəsinə  qədər artırılmış 3.9-litrlik V8 turbomühərrikdədir. Avtomobilin Euro-6 ekoloji standartlarına cavab berməsi üçün, səsboğucu sistemini sərt hissəciklər filtri ilə təchiz ediliblər.

Ferrari Portofino M modelinin yeddi pilləli "robotu",  yağ vannasında yerləşəm iki muftası və mexaniki arxa ötürməsi olan səkkiz pilləli "robot" əvəzləyib. Yenilənmiş kabriolet 100 km/saat həddinə qədər sürətlənməyə əvvəlki kimi 3,5 saniyə deyil, 3,45 saniyəyə sərf edir. Portofino M modelinə 200 modeli km/saat həddinə sürətlənməyə  9,8 saniyə tələb olunur. Kabrioletin maksimal sürəti dəyişməyib - 320 km/saat.

Yenilənmiş kabrioletin təchizatına seçilmiş pilləyə uyğun olaraq dartma qüvvəsinin ötürülməsini tənzimləyən Variable Boost Management sistemi, habelə sürüşmə zamanı avtomobili stabilləşdirməyə kömək edən Side Slip Control funksiyası daxil edilib. Bundan əlavə, əyləc pedalı bir qədər həssas olub.

Kabrioletin artan gücünü qeyd etmək üçün, onun eksteryerində müəyyən dəyişikliklər edilib: model daha aqressiv dizaynlı ön bamperə, başqa formalı geniş hava girişlərinə və radiator barmaqlığının alüminiumdan tərtibatına sahib olub. Arxa bamper daha axıntılı olub və diffüzordan vizual olaraq ayrılıb. Təkər disklərinin milləri daha kəsin bucaqlara malik olublar və almazla cilalanıblar.