Azərbaycan əsilli rusiyalı iş adamı həmvətənlərimizə müraciət edib


Siyasət 29 Sen 2020 19:42:00 197 0

Azərbaycan əsilli rusiyalı iş adamı həmvətənlərimizə müraciət edib

Rusiyalı iş adamı Azərbaycan xalqını Ali Baş komandanı dəstəkləməyə çağırıb

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov sosial şəbəkə hesabında paylaşdığı statusunda həmvətənlərimizə müraciət edib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Son.az-a bildirilib ki, o müraciətində deyib: "Elə bir an gəlib çatdı ki, bütün azərbaycanlılar bir nəfər kimi sıx birləşməli və təcavüzkarların ələ keçirdikləri əzəli torpaqlarımızın işğaldan azad edilməsinə başlayan Azərbaycanın Ali Komandanını və ölkə ordusunu dəstəkləməlidir".