İranlı deputat Ermənistanın silahlandırılmasını pisləyib


Siyasət 29 Sen 2020 19:45:00 154 0

İranlı deputat Ermənistanın silahlandırılmasını pisləyib

Ermənistanı hərbi cəhətdən gücləndirmək üçün atılan istənilən addım pislənilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin deputatı Əhməd Əlirza Beygi "Instagram" səhifəsində yazıb.

Ə.Əlirza Beyginin sözlərinə görə, Azərbaycan torpaqları işğal olunub və işğaldan azad edilməlidir.

Əlirza Beygi bildirib ki, azərbaycanlı gənclər işğal olunmuş əraziləri azad edəcəklərinə inanırlar.

"Biz Dağlıq Qarabağın azad edilməsini dəstəkləyirik" -deyə iranlı deputat qeyd edib.