Bakıda əyani formada dərslərə davamiyyət 8590 faiz olub


Digərləri 29 Sen 2020 19:24:00 180 0

Bakıda əyani formada dərslərə davamiyyət 8590 faiz olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində sentyabrın 29-da əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib.

İdarədən Son.az-a verilən məlumata görə, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirusa qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.