Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı


Digərləri 29 Sen 2020 15:35:00 159 0

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

Son.az bildirir ki, sentyabrın 28-də 15 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Bu gün işçi heyətdə hərarəti 37 dərəcədən yüksək olan şəxslərin sayı bir olub.

10 şagirddə, bir işçi heyətdə isə koronavirus aşkarlanıb. 

Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 203 şagird və 58 nəfər işçi koronavirusa yoluxub.