Vaqif Dərgahlı: "Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub"


Siyasət 29 Sen 2020 14:32:00 166 0

Vaqif Dərgahlı: "Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub"

Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub.

Son.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb:

"Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər".