Rusiyada son sutkada 8 232 nəfər COVID19a yoluxub


Dünya 29 Sen 2020 14:35:00 157 0

Rusiyada son sutkada 8 232 nəfər COVID19a yoluxub

Rusiyada son sutka ərzində daha 8 232 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 167 805 nəfərə çatıb.

Son sutka ərzində 160 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 20 545 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.