"Azərkosmos": "VardenisAğdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır"


Siyasət 29 Sen 2020 13:45:00 147 0

"Azərkosmos": "VardenisAğdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır"

İşğal altındakı torpaqlarımıza gedən ən strateji yollardan biri, artıq ordumuzun atəş nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda "Azersky" peyki vasitəsilə davamlı monitorinqlər aparılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərkosmos" ASC məlumat yayıb.

Məlumatda bildirilir: "Bu gün cəsarətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən üzərində qələbəyə doğru böyük inamla irəliləyir. Əminik ki, tezliklə zəfər bizim olacaq!"