Ekmeleddin İhsanoğlu: "Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir"


Siyasət 29 Sen 2020 13:07:00 177 0

Ekmeleddin İhsanoğlu: "Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir"

Mən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyirəm, bu, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması deməkdir.

Son.az bildirir ki, bunu Trend-ə İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmeleddin İhsanoğlu deyib.

O, beynəlxalq ictimaiyyəti haqlı tərəfi dəstəkləməyə, bu təcavüzün qurbanları ilə bağlı həmrəylik nümayiş etdirməyə çağırıb:

"Mən yaralıların tezliklə sağalmasını arzu edirəm".