Karantin rejiminin müddətinin uzadılması ilə bağlı əcnəbilərə müraciət edildi


Digərləri 29 Sen 2020 12:45:00 176 1

Karantin rejiminin müddətinin uzadılması ilə bağlı əcnəbilərə müraciət edildi

Dövlət Miqrasiya Xidməti xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əcnəbilərə müraciət edib.

Xidmətdən Son.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 28 sentyabr 2020-ci il tarixli, 359 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb:

"Əcnəbilərin nəzərinə çatdırırıq ki, Dövlət Miqrasiya Xidmətinin göstərdiyi bütün xidmətlərlə bağlı müraciətlərin qəbulu "ASAN xidmət" mərkəzlərində, "ASAN xidmət" mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində), həmçinin www.migration.gov.az saytı üzərindən elektron qaydada həyata keçirilir.

Müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur".