Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb FOTO


Digərləri 29 Sen 2020 12:06:00 176 0

Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb  FOTO

Ölkə başçısının Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən artıq agentlik tərəfindən müvafiq işlərə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən əlumata görə, tərəfindən davamlı olaraq bu çərçivədə müxtəlif layihələr icra olunur.

Ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası nəzərdə tutulur. Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq.

Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.

Hal-hazırda tikinti ərazisində torpaq işlərinə başlanılıb, yolun genişləndirilməsi üçün söküntü və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunur.