Cəbhədəki uğurlardan sonra Bakı...


Digərləri 29 Sen 2020 11:50:00 197 0

Cəbhədəki uğurlardan sonra Bakı...

Bakı şəhərinin küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında artıq bir neçə gündür ki, üç rəngli bayraqlar dalğalanır. 

Əhali Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurların, bəzi ərazilərimizin işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzəyir. Eyni zamanda avtomobillərdən də kiçik bayraqlar asılır. 

Qeyd edək ki, Milli Ordumuz Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Aşağı Əbdurrəhmanlı,Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. 

Son.az qafqazinfo-ya istinadən Bakıdakı ab-havanı əks etdirən fotoları təqdim edir: