Ermənilər Ağdamda yaşayış məntəqəsini atəşə tutub


Siyasət 29 Sen 2020 11:36:46 151 0

Ermənilər Ağdamda yaşayış məntəqəsini atəşə tutub

Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Son.az APA-ya istinadən bildirir ki, ermənilərin atdığı çoxsaylı mərmilər Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşmış Qiyaslıdan olan məcburi köçkün Qalib Babayevin yaşadığı evə düşüb.

Nəticədə ev dağılıb, ciddi ziyan dəyib.