İsraildə koronavirusa yoluxanların sayı 233 min nəfəri ötüb


Dünya 29 Sen 2020 11:07:00 164 0

İsraildə koronavirusa yoluxanların sayı 233 min nəfəri ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 239 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər veirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 233 265 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 165 191 nəfəri sağalıb, 1 507 nəfəri isə vəfat edib.