Azərbaycan MN: Ermənistan ordusunun alayı darmadağın edilib


Digərləri 29 Sen 2020 10:58:00 149 0

Azərbaycan MN: Ermənistan ordusunun alayı darmadağın edilib

Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü "Martuni" motoatıcı alayı darmadağın edilib.

Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib.