"Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib" Müdafiə Nazirliyi


Siyasət 29 Sen 2020 09:33:00 162 0

"Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib"  Müdafiə Nazirliyi

Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir.

Son.az bildirir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır:

"Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir".