Müdafiə Nazirliyi: Ermənistan ərazisindən Daşkəsən rayonu atəşə tutulur


Siyasət 29 Sen 2020 09:12:00 145 0

Müdafiə Nazirliyi: Ermənistan ərazisindən Daşkəsən rayonu atəşə tutulur

Ermənistan növbəti provokasiyaya əl atıb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.