Bakıda komendant saatı rejim qaydalarına uyğun təşkil edilib


Digərləri 29 Sen 2020 08:43:00 137 0

Bakıda komendant saatı rejim qaydalarına uyğun təşkil edilib

Sentyabrın 28-də saat 21:00-dan sonra Bakıda Komendant saatı tətbiq edilib. Buna uyğun olaraq, paytaxt ərazisində polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər.

Son.az APA-ya istinadən xəbər verir ki, saat 06-00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edir.

Belə ki, avtomobillər saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Bundan başqa, avtomobilin yük yerinədə baxış keçirilir. Paytaxtın müxtəlif ərazilərində qurulan postlarda təkcə avtomobillər deyil, həm də piyada gəzən şəxslər də saxlanılaraq yoxlanılır. Buraxılışı olmayan şəxslər polis bölməsinə aparılır.

Polis tərəfindən aparılan yoxlamalar zamanı komendant saatı rejiminin qaydalarından xəbərsiz olanlar da aşkar edilib. Həmin şəxslər də polis bölməsinə aparılıb.