Ermənistanda kişilərin ölkəni tərk etməsi məhdudlaşdırılıb


Dünya 29 Sen 2020 08:53:00 144 0

Ermənistanda kişilərin ölkəni tərk etməsi məhdudlaşdırılıb

Ermənistanda mövcud hərbi vəziyyətlə əlaqədar 18 yaşdan 55 yaşa qədər kişilərin ölkəni tərk etməsinə məhdudiyyət qoyulub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sputnik Ermənistan Mülki Aviasiya Komitəsinə istinadən xəbər yayıb.

Bildirilir ki, Ermənistanda 18-55 yaş arası kişilər yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər.