Mustafa Şəntop: “Ermənistanın terror hucümları Şərqi Aralıq dənizində yaradılan münaqişə ilə əlaqəlidir”


Siyasət 29 Sen 2020 08:08:00 131 0

Mustafa Şəntop: “Ermənistanın terror hucümları Şərqi Aralıq dənizində yaradılan münaqişə ilə əlaqəlidir”

"Başda Ermənistan olmaqla bütün dünyanın bilməsi lazımdır:   Azərbaycan Türkiyə üçün yalnız dost bir ölkə deyil; biz bənzər taleyi paylaşan eyni millətik".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop çıxışında deyib.

TBMM sədri bildirib ki, Ermənistanın terror təşkilatları ilə birgə Azərbaycana yönəlmiş hücumları Şərqi Aralıq dənizində yaradılan münaqişə ilə əlaqəlidir: "Əlbəttə ki, Türkiyənin müqaviməti və mövcudluğu bu məsələlərdə çox önəmlidir".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə səsləndirdiyi "başda BMT olmaqla, xüsusilə ATƏT-in Minsk qrupu kimi beynəlxalq təşkilatların 30 ildir bir problemi həll edə bilmir" fikrini diqqətə çatdıran M.Şəntop Azərbaycandakı mövcud vəziyyət bu beynəlxalq təşkilatların uğursuz fəaliyyətinin nəticəsi kimi dəyərləndirib: "Beynəlxalq qurumlar adətən dünyadakı münaqişələri həll etmək yerinə problemlərin həllini ləngitməklə bundan öz xeyirlərinə istifadə etməkdədirlər. Dağlıq Qarabağ probleminin həll edilməməsi buna bariz nümunədir. Eyni zamanda bu quruluşların artıq problemlərin həllində heç bir iradə ortaya qoymamaları da artıq müzakirə mövzusudur".