Türkiyədə koronavirusdan sağalanların sayı 277 min nəfəri ötüb


Dünya 28 Sen 2020 23:45:00 180 0

Türkiyədə koronavirusdan sağalanların sayı 277 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 65 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 062 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 412 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 315 845 nəfərə çatıb.