Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır


Digərləri 28 Sen 2020 23:30:00 183 0

Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır

ABŞ-ın Corciya Texnologiya İnstitutunun mühəndislər qrupu cəmi bir dollara başa gələcək eşitmə cihazı təqdim edib.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə "Sci Tech Daily" portalı məlumat verib:

"Mövcud eşitmə aparatlarının əsas problemi onların qiymətidir. Bir cihazın orta qiyməti təxminən 4700 dollardır. Onun büdcəli analoqlarının dəyəri isə 500 dollara yaxındır".

Eşitmə cihazlarının qiymətini azaltmaq üçün elm adamları bahalı rəqəmsal siqnal prosessorlarından imtina edərək, onları elektron filtrlərlə əvəz ediblər (Bu, tezlik parametrlərini tənzimləmək üçün lazımdır).

"3D printerdə hazırlanan bu hissə korpusda gizlədilir və batareya ilə işləyir", - deyə alimlər vurğulayıblar.

Qeyd edilir ki, ixtiranın aparıcı müəllifi Soham Sinha özü də eşitmə problemindən əziyyət çəkir.