Maska istifadəsində edilən səhvlər Virus riskini artırır


Digərləri 28 Sen 2020 22:10:00 204 0

Maska istifadəsində edilən səhvlər  Virus riskini artırır

Covid-19 pandemiyasında istifadəsi məcburi hala gələn maska, düzgün taxılmadığı zaman virusa yoluxma riskini artırır.

Bəs maska taxarkən daha çox hansı səhvlərə yol veririk? Maskadan istifadə edərkən nəyə diqqət etməliyik?

Son.az medicina.az-a istinadən həmin araşdırmanı təqdim edir:

İstifadə edilmiş maskalar hara atılmalıdır?

Stola, maşına, cibə, çantaya qoyulan və daha sonra təkrar istifadə edilən maskanın faydadan çox zərəri var. İstifadə edilməyən maskalar qapalı qutuya atılmalı olduğu halda, ətrafa atılır. Həm xəstəliyin yayılmasına, həm də ətrafın kirlənməsinə səbəb olur. Kirlənan maskaları qapalı çöp qutularına atmaq lazımdır. Günlərlə eyni maskanı istifadə etmək xəstəliyin daha tez yayılmasına səbəb olar.

Rəngli maskalar qoruyucudurmu?

Rəngli, geyimimizə uyğun maskalardan istifadə edirik. Yəni sağlamlığımızı deyil, görünüşümüzü düşünürük. Maskalardan artıq aksesuar olaraq istifadə edilməyə başlanılıb. Bu çox yanlışdır.