İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır
Siyasət 28 Sen 2020 22:40:00 210 0
İran son qələbələr münasibəti ilə Azərbaycan xalqını təbrik edir və Dağlıq Qarabağın tam azad olunmasını arzulayır.
Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili deyib.
S.H.Amilinin sözlərinə görə, işğal olunmuş ərazilərin azad olunması tam şəkildə qanuni və dini tələblərə uyğundur:
"Allahdan 1 milyon qaçqının Qarabağa, öz ərazilərinə qayıtması, Qarabağ cəbhəsində haqq müdafiəçilərinə sağlamlıq və bu qiymətli müdafiənin şəhidlərinə rəhmət diləyirəm".
Mənbə: milli.az