İşğaldan azad edilən kəndlərin adı açıqlandı


Siyasət 27 Sen 2020 14:20:00 253 2

İşğaldan azad edilən kəndlərin adı açıqlandı

Azərbaycan qoşunlarının keçirdiyi uğurlu əks hücum nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər düşməndən azad edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi deyib.

O qeyd edib ki, hazırkı məlumata görə, cəbhənin Füzuli, Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edilib.

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.