“Gözləri çəp olan qadın gözəl, tatuajlı kişi qoçaq sayılırdı”


Dünya 27 Sen 2020 12:40:00 199 0

“Gözləri çəp olan qadın gözəl, tatuajlı kişi qoçaq sayılırdı”

Mayyalılar dünyamızda yaşamış ən sirli, təəccüblü və cəlbedici qəbilələrdən biridir. Dünyanın ən ağıllı insanları hələ də Maya sivilizasiyasının sirlərini açmağa çalışırlar.

Bəs bu sirli sivilizasiya haqqında nə bilirik?

Son.az musavat.com-a istinadən sizlərə Mayyalılar haqqında bir neçə maraqlı məlumatları təqdim edir.

Mayyalılar Sibirdən bir köç dalğası ilə Cənubi Amerika meşələrinə gəliblər və burada 1000-dən çox şəhər qurublar. Mayya ilə Sibir xalqının eyni olmasının bir səbəbi var. Mütəxəssislər bu sivilizasiyanın köklərinin Asiyada olduğunu düşünürlər. Bundan əlavə, Rusiyanın uzaq şərqində yerləşən Çukotkanın yerli sakinləri hələ də mayyalıların say sistemindən istifadə edirlər. Mayya sivilizasiyası indiki Meksika, Qvatemala, Beliz, El Salvador və Honduras bölgələrində yayılıb və inkişaf edib. Tədqiqatçılar Mayya mədəniyyətinə aid yüzlərlə şəhəri tapıblar, lakin hamısı arxeoloqlar tərəfindən tədqiq edilməyib.

Bugünkü Meksika əyalətlərini əhatə edən Mayya sivilizasiyasının Konfederasiya sistemi ilə idarə olunduğuna görə paytaxtı olmayıb. Əhalisinin sayı dəqiq bilinməsə də, ispanların 1600-cü illərdəki əlyazmalarında təkcə Yukatan yarımadasında təxminən 600 min - 1 milyon insanın yaşadığı yazılıb. Mayyalılar beş dövlət qurublar. Astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahələrdə uğur qazanıblar.

Mayalıların mədəniyyəti ...

Məşhur Mayya piramidalarının bir çoxu əhəng daşı ilə tikilib və qırmızı rəngə boyanıb. Mayyalıların inşa etdikləri piramidaların 91 pillə olmaqla dörd çıxış pilləkəni var. Bu pillələrin ümumi sayı 364-dür.

Hamısını piramidanın yuxarı hissəsində birləşdirən tikili ilə birlikdə 365-dir. Yəni bir ildəki günlərin sayı.

Piramidaların başqa bir maraqlı və sirli xüsusiyyəti, səslərin böyük bir rezonatoru olmasıdır. Bu cür effektlər aşağıdakı kimi izah edilir: yuxarılara qalxan insanların addımlarının səsi yağış səsi kimi piramidanın altından eşidilir. Fərqli məkanlarda bir-birindən 150 metr məsafədə olan insanlar yanındakı səsləri eşitməyərkən bir-birlərini aydın eşidə bilirlər. Belə bir akustik effekt yaratmaq üçün qədim memarlar divarın qalınlığını dəqiq hesablamalı idilər.

Mayyalılar dövrünə görə möhtəşəm abidələr yaradaraq Nakbe, San-Bartolo, Mirador kimi böyük şəhərlərin də əsasını qoyublar.

Mayyalıların insanları qurban verməsi ...

Mayyalılar göyə və torpağa görə təqvimlər tərtib edib, dini məclislər düzəldiblər. Mayyaylılar çoxallahlılıqla yanaşı insan qurban vermələri ilə də məşhurdurlar.

Mayya xalqı bir çox əsirlərini tanrılara qurban verib. Bu əsirlər adətən savaşdıqları qonşu qəbilələrdən gəlirdi. Mayya inanclarına görə, qan insan enerjisinin mənbəyi və insan ruhunun simvolu sayılırdı. Mayya dini politeistikdir. Yəni mayya panteonunda olan allahlar, yaşama müddəti orta insan yaşam müddəti ilə eynidir. Bunun üçün insan qurban verilməsi, mayyalar üçün bir cür ilahların yaşama müddətinin uzadılması ilə əlaqələnə bilər. İnsanın allahlara qurban verilməsi fərqli formada həyata keçirilirdi - suda boğma, vulkanik daşdan hazırlanmış iti bıçaqlarla insanın sinəsini yararaq "döyünən ürəyin" çıxarılması, senot adlanan böyük kəhrizlərə atma və s.

Mayyalılar arıları silah kimi istifadə edirdi ...

Mayalılar ictimai həyatın bir çox sahələrində uğurlu olsalar da, heç vaxt metallurgiyada inkişaf etməyiblər. Texniki cəhətdən daş dövründə yaşayırdılar və istifadə etdiklərindən daha mükəmməl alətlərin olmasından xəbərsiz idilər. Ancaq düşmənlərlə mübarizə aparmaq üçün öz üsulları var idi. Məsələn, arıları və yuvalarını balqabağın içinə qoyub düşmənlərə atırdılar. Uğurlu bir atışla arılar düşmən sıralarında çaxnaşmaya səbəb olurdu. Mayyalılar bu metdoddan savaşda çox istifadə edib.