Müdafiə Nazirliyi: Bütün cəbhə boyu şiddətli döyüşlər gedir


Siyasət 27 Sen 2020 12:23:00 168 0

Müdafiə Nazirliyi: Bütün cəbhə boyu şiddətli döyüşlər gedir

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.