Rusiya XİN Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı


Siyasət 27 Sen 2020 12:04:26 177 0

Rusiya XİN Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

Son.az APA-ya istinadən bildirir ki, bəyanatda bildirilib: "Məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zonasında  vəziyyət qəflətən gərginləşib. Təmas xətti boyunca hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur. Tərəfləri atəşi dərhal dayandırmağa, vəziyyətin sabitləşməsi məqsədi ilə danışıqlara başlamağa çağırırıq", - Rusiya XİN-in bəyanatında vurğulanıb.