İkinci Dünya müharibəsinin "soyqırım simvolu"


Dünya 27 Sen 2020 10:20:00 185 0

İkinci Dünya müharibəsinin "soyqırım simvolu"

Bəşəriyyət tarixinin ən qanlı müharibələrindən sayılan İkinci Dünya müharibəsi zamanı ailəsi ilə birlikdə yaşadıqlarını yazan Anne Frank ...

Onun müharibə zamanı yazdıqları bu gün 70-dən çox dilə tərcümə edilib.

Son.az musavat.com-a istinadən 14 yaşında ikən 2 ilə yaxın gizli bir otaqda qalmağa məcbur olan Anne Frankın yaşadıqları haqqında maraqlı məlumatları sizlərə təqdim edir.

İkinci Dünya müharibəsində Hitlerin liderliyində olan Nasist Almaniyasının yəhudilərə qarşı soyqırımı bir çoxlarına məlumdur.

O günləri ailəsi ilə birlikdə yaşayan və yaşadıqlarını gündəliyinə yazan Anne Frank, 12 iyun 1929-cu ildə Frankfurtda anadan olub. Atası bankir olan Otto Frankın işi dünyanı bürüyən iqtisadi böhran səbəbindən dayanıb və Frank ailəsi üçün sürgün, 1933-cü ildə nasistlər hakimiyyətə gəldikdə başlayıb. Amsterdama köçən ailə Hitlerin Hollandiyaya girməsi ilə yenidən çətin duruma düşüb.

Bacısı Marqotla birlikdə yəhudi məktəbinə gedən Anne bir daha evlərinə geri dönə bilməyəcəklərini başa düşürdü. Onlar öldürüləcəklərini bilə-bilə, həyatlarına davam etməyə çalışıblar.

1942-ci ilin iyulunda həyatlarını kökündən dəyişdirəcək bir çağırış gəlib: Annenin bacısı Margqot SS mərkəzinə çağırılıb və yəhudi olaraq qeyd alınıb.

Bu hadisə ilə yanaşı, Frank ailəsi gizli bir otaqda yaşamağa başlayıb. Bu gizli otaq ailə başçısı Otto Frankın ofisində idi. 14 yaşında olan Anne Frank 2 ilə yaxın qaldıqları bu gizli otaqda yaşadıqlarını gündəliyinə qeyd edib. Anne Frank "Kitty" adını verdiyi gündəliyində müharibə zamanı baş verən bir çox hadisələrdən və yaşadıqları həbsxana həyatından yazıb.