Moldovada yoluxma rekord həddə çatıb


Dünya 27 Sen 2020 10:01:35 160 0

Moldovada yoluxma rekord həddə çatıb

Moldovada son sutka ərzində 868 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bir gün əvvəl 713 nəfərdə yoluxma aşkarlanmışdı.

Ümumilikdə isə Moldovada 49 666 yoluxma, 37 023 sağalma, 1264 ölüm qeydə alınıb.