Meksikada 43 tələbənin itkin düşməsində günahlandırılan polis və hərbçilər həbs edildilər


Dünya 27 Sen 2020 09:55:00 141 0

Meksikada 43 tələbənin itkin düşməsində günahlandırılan polis və hərbçilər həbs edildilər

Meksikada 6 il əvvəl - 2014-cü il sentyabrın 26-da 43 kollec tələbəsinin itkin düşməsində iştirakı iddia edilən bələdiyyə polisi və hərbçilər barəsində həbs qərarı verilib.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli İstintaq İdarəsi məlumat yayıb. 

Baş prokuror Omar Qomez tərəfindən polis və hərbçilərin həbs barəsində order verilib.

Meksika ordu rəhbərliyi hələlik qərarla bağlı heç bir münasibətini açıqlamayıb.

Bu günə qədər tələbələrdən yalnız ikisinin cəsədlərinin kimliyi müəyyən edilib.