Ebeko vulkanı 3,8 km hündürlüyə tüstü püskürüb


Dünya 27 Sen 2020 09:23:00 166 0

Ebeko vulkanı 3,8 km hündürlüyə tüstü püskürüb

Paramuşir adasında (Şimali Kuril adaların, Saxalin əyaləti) yerləşən Ebeko vulkanı tüstü püskürüb.

Son.az Trend-ə istinadən bildirir ki, tüstünün hündürlüyü 3,8 kilometrə çatır. Tüstü cənubi-qərb istiqamətində 5 kilometr məsafəyə yayılıb.

Vulkan Paramuşir adasının şimal hissəsində yerləşib. Onun hündürlüyü 1 156 metrdir. Ebeko vulkanı 2016-cı il noyabr ayının ortalarında aktivləşmişdi.