Koronavirus beyin xərçəngi yarada bilər


Digərləri 27 Sen 2020 07:55:00 198 0

Koronavirus beyin xərçəngi yarada bilər

Koronavirus beyin şişinə səbəb ola və ya xəstəlik mövcuddursa, onun inkişafını sürətləndirə bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, "İzvestiya"nın məlumatına görə, Bezmalem Vakıf Universitetinin türkiyəli alimləri belə bir qənaətlə çıxış ediblər.

Belə ki, SARS-Cov-2 səthində xaricdən tikana bənzəyən zülal var. Bu tikanlar virusun hüceyrənin reseptoruna yapışmasına şərait yaradan "tac" əmələ gətirir. Molekullar bu tacın köməyi ilə onkoloji xəstəliyin inkişafına səbəb olan sinir toxumalarına yapışırlar.

Alimlər bu mümkünlüyü kompüter modelləşdirməsindən istifadə edərək sübut ediblər.