Avropanın ƏN GÖZƏL qəsəbələrinin siyahısı hazırlandı Türkiyə də var FOTO


Digərləri 27 Sen 2020 02:30:00 177 0

Avropanın ƏN GÖZƏL qəsəbələrinin siyahısı hazırlandı  Türkiyə də var  FOTO

"Agency Press" medianı izləmə qrupu Avropanın ən gözəl qəsəbələrinin siyahısını hazırlayıb.

Son.az xəbər verir ki, siyahı hazırlanarkən mediada yayılan xəbərlər analiz edilib.

Qurumun rəqəmsal media arxivindən çıxan nəticəyə əsasən, bu il kənd və qəsəbələrlə bağlı medida 69 min 318 xəbər hazırlanıb.

Yaponiya Səyahət Agentlikləri Birliyinin (JATA) hesabatına görə, siyahının ilk beşliyində Kilkenni (İrlandiya), Barat (Albaniya), Civita Di Baqnolreqio (İtaliya), Prosida (İtaliya), Konvi (Uels) yer tutub.

Siyahıda Polşa, Fransa, Almaniya və Norveçdə olan qəsəbələrin sayı üstünlük təşkil edib.

Türkiyənin Bursa şəhərinin Nilüfər ilçəsində yerləşən Gölyazı məhəlləsi siyahının ilk onluğunda yer alıb. (publika.az)