Suriyada partlayış baş verib, 7 nəfər ölüb


Dünya 26 Sen 2020 23:37:00 170 0

Suriyada partlayış baş verib, 7 nəfər ölüb

Suriyanın Türkiyə ilə sərhəd yaxınlığında yerləşən Ras əl-Ayn şəhərində partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "SANA" agentliyi bildirib.

Məlumata əsasən, hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi dinc sakin həlak olub.

Bildirilib ki, şəhərin mərkəzində park edilmiş avtomobil partladılıb.