Qadınlar corabsız namaz qıla bilərmi?


Digərləri 26 Sen 2020 23:05:00 230 0

Qadınlar corabsız namaz qıla bilərmi?

Qadının ayaqları övrət sayılmadığı üçün[1] istəyir namazda istəyir bayırda corab geyməsi şərt deyildir. Bunun xaricində bir qadının əli, üzü və ayaqları xaricində bütün vücudu süs/zinət/övrət olaraq qəbul edildiyi üçün yad kişilərə açılmamalı və o cümlədən namazda da bu orqanlar xaricindəki yerlər görülməməlidir. Çünki, namazın daxili şərtlərindən biri "sətri-övrət"dir. Yəni, istər kişi olsun istərsə qadın, namaza durduqları zaman haram yerlərini örtmələri lazımdır.