Kvant hesablamaları hər kəs üçün əlçatan olacaq


Digərləri 26 Sen 2020 22:20:00 190 0

Kvant hesablamaları hər kəs üçün əlçatan olacaq

Torontodan olan Xanadu şirkəti kvant kompüterlərini bulud platformada təqdim edib. Hələlik 8 və 12 qubitlik kompüterlər açıqlanıb və hər 6 aydan bir qubitlərin ikiqat artım tempinə söz verilib.

Son.az techland.az-a istinadən bildirir ki, bu şirkət daha çox Python əsaslı, açıq qaynaqlı PennyLane kitabxanasına görə tanınırdı. Bu kitabxana kvant maşın öyrənməsi, kvant kompüterliyi, kvant kimyası üçün istifadə edilir. Lakin indi isə mühəndislər foton çiplər üzərində simulyasiya etmək üçün kross-platformalı Strawberry Fields kitabxanasını da təqdim edib. Bu kitabxana da imkan verir ki, hardware-ni PyTorch, TensorFlow və NumPy-ya qoşasan.

Buna qədər bulud kvant kompüterlərini yaratmaq cəhdləri olub, lakin qubitlərin saxlanması üçün daha aşağı temperaturu almaq böyük xərclər tələb edirdi. Lakin Xanadu kompüterləri foton əsaslı qubitlərdən istifadə etdiyi üçün otaq temperaturunda işləyə bilirlər. Həmçinin optik kabel sisteminə inteqrasiya edilmə potensialı imkan verir ki, bu kompüterlər vasitəsilə kvant internetindən də yararlanasan.