Elon Musk, yaxın illərdə ucuz qiymətə Tesla buraxacağına söz verdi


Digərləri 26 Sen 2020 21:20:00 186 0

Elon Musk, yaxın illərdə ucuz qiymətə Tesla buraxacağına söz verdi

Tesla CEO'su Elon Musk, səhmdarların toplantısı zamanı şirkətin "təxminən üç ilə" büdcəli elektrikli avtomobil çıxaracağını bildirdi. Avtomobilin qiyməti təqribən 25 000 dollar təşkil edəcək.

Son.az techland.az-a istinadən bildirir ki, elektrikli avtomobilin istehsal xərcləri, Teslanın yığıncaqda təqdim etdiyi yeni batareya konstruksiyası və digər yeniliklər sayəsində azalacaq.

Hal-hazırda nn ucuz Tesla avtomobili - Model 3 - 37.990 dollar, ən bahalı isə Model X - 79.990 dollardan başlayır.

Qeyd edək ki, "min batareyalı" Tesla akkumulyatorları avtomobilin ən bahalı hissəsidir.