Kolumbiya prezidentinə qarşı suiqəsd hazırlanır


Dünya 26 Sen 2020 19:56:00 158 0

Kolumbiya prezidentinə qarşı suiqəsd hazırlanır

Kolumbiya hüquq-mühafizə orqanları iki xarici vətəndaşın Kolumbiya prezidenti İvan Dukenə qarşı sui-qəsd törətməyə hazırlaşması barədə məlumat alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə radiostansiyası "Ere-se-ene" bildirib.

Bildirilib ki, hal-hazırda dövlət qurumları prezidentin qorunması və həyatına edilən hər hansı bir qəsdin qarşısının alınması üçün tədbirlər hazırlayır.

Radiostansiyanın verdiyi məlumata görə, hərbçilər və polis yüksək hazırlıq vəziyyətinə gətirilib.