Abşeronda evdə yanğın baş verib


Digərləri 26 Sen 2020 19:58:00 143 0

Abşeronda evdə yanğın baş verib

Abşeron rayonunda yaşayış binasında yanğın olub.

Son.az Trend-ə istinadən bildirir ki, Abşeron rayonunun Masazır qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin mətbəxində mebel 8 m² sahədə qismən yanıb.

Yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb