HDPli bələdiyyə başçısı həbs edildi


Dünya 26 Sen 2020 17:58:00 149 0

HDPli bələdiyyə başçısı həbs edildi

Türkiyənin HDP partiyasından olan Qars bələdiyyə başçısı Ayhan Bilgen Ankara Baş Prokurorluğunun Kobani ilə əlaqədar istintaqı çərçivəsində nəzarətə alınıb.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, Qars Təhlükəsizlik Müdirliyi qrupları, 2014-cü ildə Kobani ilə bağlı həyata keçirilmiş fəaliyyətlərlə əlaqədar Ankara Respublika Baş Prokurorluğunun istintaqı çərçivəsində səhər saatlarında Ayhan Bilgenin İnönü Prospektindəki evində axtarış aparıb.

Daha sonra Ayhan Bilgen zirehli polis maşınına mindirilərək İl Təhlükəsizlik Müdirliyinə aparılıb.

Bilgen polis bölməsindəki prosedurlardan sonra təhlükəsizlik tədbirləri altında yenidən zirehli maşına yerləşdirilib.

Tibbi müayinədən keçdikdən sonra Qars Harakani Hava Limanına gətirilən Bilgen təyyarə ilə istintaqın aparıldığı Ankaraya göndərilib.

Qeyd edək ki, Kobani fəaliyyətləri ilə bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 7 ildə 82 nəfər saxlanılıb.