Bu aparat koronavirus testinin cavabını 39 dəqiqəyə verir


Dünya 26 Sen 2020 17:13:00 158 0

Bu aparat koronavirus testinin cavabını 39 dəqiqəyə verir

Nəticəni 39 dəqiqə ərzində öyrənməyə imkan verən koronavirus test sistemi yaradılıb.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, test sistemini dünyaca məşhur alman şirkəti  "Bosch" istehsal edib. Bu barədə şirkət 25 sentyabrda yayımlanan press-relizində elan verib. 

"Vivalytic analitik aləti üçün, SARS-CoV-2 patogenini müəyyən edə bilən yeni sürətli bir test hazırlayıb. Beləliklə, test nəticəsi 39 dəqiqə ərzində hazır olur. Hazırda dünyada PCR əsasında işləyən daha sürətli test yoxdur", - açıqlamada qeyd olunub.

Bildirilib ki, test sistemi operativ nəticə əldə etmək üçün səyyar test məntəqələrində, xüsusən hava limanlarında və avtodayanacaqlarda istifadə oluna bilər.

Şirkətin açıqlamasına əsasən, məhsul artıq Avropanın müxtəlif ölkələrində mövcuddur.