Bakıda ikimərtəbəli evdə yanğın olub


Digərləri 26 Sen 2020 15:34:06 150 0

Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin çardağının yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.