Bakının mərkəzində avtomobil mağazaya çırpıldı FOTO


Digərləri 26 Sen 2020 14:38:00 178 0

Bakının mərkəzində avtomobil mağazaya çırpıldı  FOTO

Bakıda avtomobil mağazaya çırpılıb. 

Son.az oxu.az-a istinadən bildirir ki, 28 may küçəsi və Azadlıq prospektinin kəsişməsində "Mersedes" və "Toyota Prius" markalı avtomobillər toqquşub.

Nəticədə "Toyota Prius" avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazanın girişinə çırpılıb. 

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, sürücülər xəsarət almayıb.