Ukraynada təyyarə qəzasında həlak olanların hamısının meyiti tapıldı


Dünya 26 Sen 2020 14:10:27 167 0

Ukraynada təyyarə qəzasında həlak olanların hamısının meyiti tapıldı

Ukrayna xilasediciləri Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu AN-26 hərbi təyyarəsinin qəzaya uğradığı yerdə axtarış əməliyyatlarını dayandırıblar.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu gün səhər hadisə yerindən daha üç kursantın meyiti tapılıb. Bundan sonra axtarış işləri dayandırılıb.

Xatırladaq ki, dünən axşam saatlarında Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarədə heyət üzvləri və Xarkov Hava Qüvvələri Universitetinin kursantları ilə birlikdə 27 nəfər olub.

İki kursant təyyarədən atılaraq xilas olub, onlar hazırda xəstəxanadadır.