Gürcüstanda yoluxma sayı 300ə yaxınlaşır


Dünya 26 Sen 2020 12:54:00 181 0

Gürcüstanda yoluxma sayı 300ə yaxınlaşır

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 296 yoluxma halı qeydə alınıb.  

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 4960 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5584 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur.