Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı


Dünya 26 Sen 2020 12:02:00 156 0

Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı

Çin gömrük orqanları Rusiyadan gətirilən məhsulların nümunələrində və qablaşdırmalarında koronavirus aşkar ediblər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Çin səlahiyyətliləri virus testlərinin pozitiv nəticələnməsi ilə əlaqədar Rusiyanın iki gəmisinin idxal bəyannamələrinin qəbulunu dörd həftəlik dayandırıb.

Gəmilərin Çinə balıq və dəniz məhsullarını çatdırılmalı olduğu qeyd edilib.

Qeyd edək ki, daha əvvəl Çinin Çançun şəhərində Rusiyadan gətirilən dondurulmuş dəniz məhsulları paketində koronavirusun aşkarlandığı bildirilmişdi.