“Ankara və Afina mübahisəli məsələlərin həllini tapa bilərlər”


Dünya 26 Sen 2020 11:36:00 157 0

“Ankara və Afina mübahisəli məsələlərin həllini tapa bilərlər”

Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizi regionunda mübahisəli məsələlərin diplomatik həllini tapa bilərlər.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT Baş Assambleyasının 75-ci sessiyasında müraciətlə çıxış edərkən bildirib.

"Biz görüşə, danışa və qarşılıqlı məqbul həll yolu tapa bilərik. Diplomatiyaya şansı verək", - "İnterfaks" Mitsotakisin sözlərini sitat gətirir.