Xarkovda matəm elan olundu


Dünya 26 Sen 2020 11:23:00 183 0

Xarkovda matəm elan olundu

Xarkovda An-26 təyyarəsinin qəzaya uğraması səbəbindən sentyabrın 26-sı vilayətdə matəm günü elan olunub.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat xəbər verib.

Matəm günü Xarkovdakı bütün dövlət qurumlarında, müəssisə və təşkilatlarında bayraqlar endiriləcək və onların üzərinə matəm lenti qoyulacaq. Yerli idarəetmə orqanlarına da analoji tədbirlər görmək tövsiyə edilib.

Qeyd edək ki, göyərtəsində kursantların olduğu təyyarənin qəzaya düşməsi nəticəsində 25 nəfər dünyasını dəyişib.