İran ABŞa qarşı sanksiya tələb edir


Dünya 26 Sen 2020 10:50:00 184 0

İran ABŞa qarşı sanksiya tələb edir

İran Konstitusiyasının Mühafizə Şurasının (Konstitusiya Qəyyumları Şurası) rəsmi nümayəndəsi Abbas Əli Kadhodayi Tehrana qarşı yeni sanksiyaları pisləyib.

Son.az APA-ya istinadən xəbər verir ki, o buna cavab olaraq, ABŞ-da afroamerikalıların öldürülməsi ilə əlaqəli şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini müzakirəyə çıxarıb.

"İranın məhkəmə sistemi bu ölkədə qaradərililəri həbs edərkən məhkəməsiz, işgəncə yolu ilə öldürən şəxslərə qarşı oxşar sanksiyalar tətbiq edə bilərmi?" - deyə Kadhodayi "Twitter" səhifəsində yazıb.